axin.az

SON DƏQİQƏ

Qızıla qoyulan sərmayənin mənfəəti ən yüksək həddə çatıb

2-06-2020, 17:46

Qızıla qoyulan sərmayənin mənfəəti ən yüksək həddə çatıb
Qızıla sərmayə qoyan birja fondlarının aktivləri tarixdə ilk dəfə olaraq 100 milyon uns həddini aşaraq 100,15 milyon uns səviyyəsinə (3120 ton) çatıb.

“axin.az” “Bloomberg”ə istinadən xəbər verir ki, may ayının son günü sözügedən fondların aktivləri may ayında 417 ton, ilin əvvəlindən isə 536 ton artıb.

Səmayə tələbatının ölkə iqtisadiyyatlarına maliyyə dəstək göstərilməsilə həmahəng artdığı bildirilir. Belə ki, G20 ölkələrində bu cür dəstək proqramlarının həcmi 7 trilyon ABŞ dollarından artıqdır, o cümlədən ABŞ-da 3,7 trilyon, Avropada da 1,7 trilyon dollar təşkil edir. Bununla yanaşı faiz dərəcələri azaldılır. Dünya iqtisadiyyatına maliyyə axınının artması yaxın gələcəkdə inflasiyanın artmasına, o cümlədən qızılın bahalaşmasına gətirib çıxaracaq.

Qızıla sərmayədarların böyük tələbatı başqa istehlakçılar tərəfindən olan azalan tələbatı üstələyərək qiymətləri sabit saxlayır. Dünya Qızıl Şurasının məlumatına görə cari ilin birinci rübündə qızıla olan məcmu istehlakçı tələbatı 28 faiz azalaraq 567 tona. Zərgərlik məlumatına isə 39 faiz azalaraq 326 tonadək geriləyib. “Reuters” xəbər verir ki, qızılın qiyməti ilin əvvəlindən 15 faizdən çox artaraq dünən 1 744 ABŞ dollarına çatıb.

Bazar iştirakçılarının qənaətincə, koronavirusa qarşı atılan addımlar səmərəli olarsa, qızıla sərmayə tələbatı azala bilər. İnkişaf etmiş ölkələrdə karantindən sonra iqtisadiyyatın dirçəlməsinə dair xəbərlər belə qızılın qiymətinə təsirsiz ötüşmür. Ekspertlərin fikrincə, geosiyasi gərginlik daha da artsa, yaxud COVID-19 pandemiyasının ikinci dalğası başlasa, böhran vəziyyətlərindən sığortalama vasitəsi olan qızıl da bahalaşa bilər.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
DÜNYA