axin.az

SON DƏQİQƏ

Azərbaycanda metanol istehsalı 68% artıb

23-05-2020, 15:42

Azərbaycanda metanol istehsalı 68% artıbBu ilin yanvar-aprel ayları ərzində Azərbaycanda 161,1 min ton həcmində metanol (metil spirti) istehsal olunub.

“Axin.az”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu ilin dörd ayında metanol istehsalı ötən ilin müvafiq dövründən 67,6% çox olub.

Qeyd edək ki, metanol istehsalı Qaradağ rayonunda yerləşən Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Metanol Zavodunda həyata keçirilir.

Metanol Zavodu 2013-cü ildə istismara verilib. Zavod 2016-cı ildən SOCAR-ın törəmə müəssisəsi olan “SOCAR Methanol” MMC-nin idarəçiliyi altında fəaliyyət göstərir, 2017-ci ilin avqust ayından isə şirkətin mülkiyyətinə keçib. Müəssisə illik 650-700 min ton metanol istehsal etmək gücünə malikdir. İstehsalatda xammal olaraq təbii qaz və duzlaşdırılmış su istifadə olunur.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
DÜNYA