axin.az

SON DƏQİQƏ

Norveç neft hasilatını artırıb

22-05-2020, 10:19

Norveç neft hasilatını artırıbNorveç neft hasilatının həcmini aprel ayında 4,5 faiz artıraraq 1,78 milyon barelə çatdırıb ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 30,2 faiz artım deməkdir.

“Axin.az” xəbər verir ki, Norveç Neft Direktorluğunun (NPD) həmçinin aprel ayı ərzində neft, kondensat, yüngül karbohidrogenlərin ümumi hasilatının 2,9 faiz azaldılaraq 2,12 milyon barelədək endirildiyini bildirib. Ötən ilin müvafiq dövrünə nisbətən 23,2 faiz artım qeydə alınıb.

Qeyd edək ki, Norveç hökuməti OPEC+ çərçivəsində hasilatı azaltmaqla bağlı razılaşmaya qoşulmaq niyyətində olduğunu açıqlamışdı.

Xatırladaq ki, aprel ayının 12-də əldə edilmiş razılaşmaya görə, may-iyun aylarında neft hasilatını 9,7 milyon barel, iyul ayından ilin sonunadək olan müddət ərzində isə 7,7 milyon barel azaltmaq qərarına gəlinib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
DÜNYA