axin.az

SON DƏQİQƏ

NASDAQ birjası IPO qaydalarını sərtləşdirməyi planlaşdırır

19-05-2020, 16:20

NASDAQ birjası IPO qaydalarını sərtləşdirməyi planlaşdırır
Nyu-York NASDAQ birjası səhmlərin ilkin kütləvi təklifinə (Initial Public Offers, IPO) yeni məhdudiyyətlər tətbiq etməyə hazırlaşır.

“Axin.az” xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.

Məlumatan görə, bu addım, əsasən, Çindən olan bəzi IPO iddiaçılarının mühasibat uçotunda şəffaflığın olmaması və nüfuzlu insayderlərlə sıx əlaqələrin olması ilə əlaqədardır.

Xatırladaq ki, NASDAQ keçən il də kiçik Çin şirkətlərinin IPO əməliyyatlarının qarşısını almaq üçün listinqlərə bəzi məhdudiyyətlər tətbiq etmişdi. Listinq standartlarının yeni sərtləşdirilməsi birja operatorunun ABŞ-da IPO həyata keçirmək istəyən bəzi Çin şirkətləri ilə bağlı narahatlığını əks etdirir. Keçən ay 2019-cu ilin əvvəlində ABŞ-da IPO həyata keçirən “Luckin Coffee” şirkətindən daxili araşdırma nəticəsində baş əməliyyat direktoru və digər işçilərin satış əməliyyatlarını saxtalaşdırdığının ortaya çıxdığı bildirilmişdi.

Yeni qaydalar bəzi ölkələrdən, o cümlədən Çindən olan şirkətlərdən IPO zamanı 25 milyon dollar və ya listinqdən sonra bazar kapitallaşmasının ən azı dörddə birini cəlb etməyi tələb edəcək.

“Dealogic”in məlumatına görə, 2019-cu ildə NASDAQ-da IPO həyata keçirən şirkətlərin topladığı ümumi məbləğ 32,4 milyard ABŞ dolları təşkil edibsə, NYSE birjasında bu göstərici 26,2 milyard ABŞ dolları olub. Eyni zamanda NYSE onun vasitəsilə yığılmış vəsaitlərin ümumi həcmində (yəni yalnız IPO zamanı deyil, digər yollarla da) NASDAQ-ı üstələdiyini iddia edir. İlin əvvəlindən bəri həm NASDAQ, həm də NYSE-də 11 IPO keçirilib və onların hər biri ərzində yığılmış vəsaitin miqdarı 500 milyard ABŞ dollarını keçib.

Qeyd edək ki, NASDAQ ənənəvi olaraq bir çox texnologiya şirkətinin IPO-nu həyata keçirdiyi birjadırsa, NYSE-dən ən müxtəlif sahələrdə fəaliyyət göstərən şirkətlər istifadə edir.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
DÜNYA