axin.az

SON DƏQİQƏ

Əl-Həfci neft yatağında hasilat dayandırılır

18-05-2020, 15:34

Əl-Həfci neft yatağında hasilat dayandırılırSəudiyyə Ərəbistanı və Küveyt iyunun 1-dən etibarən neytral zonada yerləşən Əl-Xəfci birgə neft yatağında hasilat işlərini dayandıracaq.

“Axin.az” bu barədə “S&P Global Platts”a istinadən xəbər verir.

Qeyd edək ki, 1922-ci ildə iki tərəfin razılığı ilə yaradılan bitərəf bölgədə Əl-Xəfci dəniz və Vəfrə quru neft yataqları yerləşir. Neft paylarının bölüşüdürülməsi ilə bağlı yaranmış mübahisə nəticəsində 3 il ərzində dayandırılmış hasilat bu ilin fevral ayında yenidən başlamış, aprel ayında isə 260 min barelə çatdırılmışdı. Hasilat tərəflər arasında yarıbayarı bölüşdürülür.

Xatırladaq ki, bu il aprelin 12-də OPEC+ formatının iştirakçı ölkələri arasında onlayn görüş zamanı neft bazarının sabitləşdirilməsi məsələsi müzakirə olunub və may – iyun aylarında hasilatı 9,7 milyon barel azaltmaq barədə razılığa gəlinib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
DÜNYA