axin.az

SON DƏQİQƏ

Bakı Limanında yükaşırma 22% artıb

15-05-2020, 19:53

Bakı Limanında yükaşırma 22% artıb"Koronavirus (COVID-19) pandemiyası dövründə Orta Dəhlizin (Middle Corridor) qlobal səviyyədə əhəmiyyəti daha bariz formada nümayiş olunub".

“Axin.az” “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-yə istinadən xəbər verir ki, bunu qurumun sədri Taleh Ziyadov Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ("ASAN Xidmət") təşəbbüsü ilə “Hökumətlər tərəfindən COVID -19-a qarşı görülən çevik tədbirlər” mövzusunda Qlobal Veb Forumu çərçivəsində ticarət və logistika mövzusuna həsr olunmuş paneldə deyib.

Onun sözlərinə görə, digər qlobal nəqliyyat və logistika dəhlizlərində məhdudiyyətlər tətbiq olunsa da, Orta Dəhliz tam gücü ilə fəaliyyətini davam etdirib, Avropa ilə Çin arasında yüklərin daşınmasında etibarlı dəhliz olduğunu sübut edib: "Avropa-Orta Asiya-Çin və əks istiqamətdə ticarət dövriyyəsinin artımı buna sübutdur”.

Bundan başqa, T.Ziyadov qeyd edib ki, bu ilin ilk 4 ayında Bakı Limanında yükaşırmanın həcmi illik müqayisədə 22% artaraq 1,7 milyon ton olub: "O cümlədən təkərli texnikanın aşırılması 22,4% (11 399 TIR), quru yük aşırılması 4,4 dəfə (261 min ton), konteyner aşırmaları isə 6,7% (10 767 TEU) artıb".


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
DÜNYA