axin.az

SON DƏQİQƏ

Azərbaycanlılar Türkiyədə ev alışını 2,5 dəfə azaldıb

15-05-2020, 16:39

Azərbaycanlılar Türkiyədə ev alışını 2,5 dəfə azaldıbBu ilin aprel ayında Azərbaycan vətəndaşları Türkiyədə 35 mənzil alıb.

“Axin.az”in Türkiyənin Statistika İdarəsinə istinadən verdiyi məlumata görə, bu, 2019-cu ilin aprel ayı ilə müqayisədə 52 mənzil və ya 2,5 dəfə azdır.

Ümumilikdə isə yanvar-aprel aylarında 319 Azərbaycan vətəndaşı Türkiyədə mənzil alıb ki, bu da 2019-cu ilin dörd ayı ilə müqayisədə 55 ədəd və ya 14,7% azdır.

Qeyd edək ki, bu ilin aprelində Türkiyədə 796 ədəd əmlak xarici vətəndaşlara satılıb ki, bu da 2019-cu ilin aprel ayı ilə müqayisədə 2 972 ədəd və ya 4,7 dəfə azdır.

Bu ilin yanvar-aprel aylarında isə Türkiyədə 13 485 əcnəbi əmlaka sahib olub ki, bu da ötən ilin dörd ayı ilə müqayisədə 1 621 ədəd və ya 12% azdır.

2020-ci ilin aprel ayında Türkiyədə ən çox mənzil alan xaricilər İran vətəndaşları olub. Bu ölkədən olanlar apreldə 157, yanvar-aprel aylarında isə 2 021 mənzil əldə edib.

Növbəti yerdə İraq vətəndaşları qərarlaşıb. Bu ölkədən olanlar ötən ay qardaş ölkədə 103, yanvar-apreldə isə 1 959 mənzil alıb.

İlk 3-lüyü Rusiya vətəndaşları tamamlayır. Bu ölkədən olan vətəndaşlar apreldə 61 mənzil, yanvar-apreldə isə 824 mənzilə sahib olub.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
DÜNYA