axin.az

SON DƏQİQƏ

Çinin internet oyunları nəhənginin bazar dəyəri 14% artıb

15-05-2020, 15:18

Çinin internet oyunları nəhənginin bazar dəyəri 14% artıbBu ilin əvvəlindən Çinin internet oyunları nəhəngi “Tencent” şirkətinin səhmləri 14% bahalaşıb.

"Axin.az" "Forbes" nəşrinə istinadən xəbər verir ki, buna səbəb koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar mobil oyunlara tələbatın kəskin artmasıdır.

Son nəticədə şirkətin sahibi Ma Huatenq Çinin ən varlı adamı olub. Hazırda onun sərvəti 48,2 milyard ABŞ dolları dəyərində qiymətləndirilir.

Bununla belə, ekspertlər hesab edir ki, "Tencent"in yüksəlişi müvəqqətidir. Pandemiya başa çatdıqdan sonra hərəkət məhdudiyyətlərinin azalması, məktəblərin və iş yerlərinin yenidən açılması ilə mobil oyunlara tələbat əvvəlki səviyyəyə düşəcək.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
DÜNYA