axin.az

SON DƏQİQƏ

Azərbaycandan Gürcüstana pul köçürmələri 40% artıb

15-05-2020, 11:51

Azərbaycandan Gürcüstana pul köçürmələri 40% artıbAprel ayında Azərbaycandan Gürcüstana 2,44 milyon ABŞ dolları həcmində pul köçürülüb.

“Axin.az”in yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Bankından bildirilib.

Ötən ay Gürcüstana xarici ölkələrdən daxil olan pul köçürmələrinin 3,08%-i Azərbaycanın payına düşüb. İllik müqayisədə Azərbaycandan qonşu ölkəyə pul köçürmələrinin həcmi 39,47% artıb.

Hesabat ayında Gürcüstandan Azərbaycana isə 0,8 milyon ABŞ dolları köçürülüb.

Apreldə Gürcüstana xarici ölkələrdən, ümumilikdə, 79,1 milyon dollar pul daxil olub ki, bu da illik müqayisədə 58 milyon dollar və ya 42,3% azdır.

Apreldə Gürcüstandan digər ölkələrə isə 10 milyon dollar köçürülüb. Bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 47,7% azdır.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
DÜNYA