axin.az

SON DƏQİQƏ

“Xəzər-Lada”nın xalis mənfəəti 8% azalıb

15-05-2020, 11:42

“Xəzər-Lada”nın xalis mənfəəti 8% azalıb“Xəzər-Lada” ASC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 15,799 milyon manat təşkil edib.

“Axin.az” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 57,3% çoxdur.

2019 ildə “Xəzər-Lada”nın öhdəlikləri 12,3 dəfə artaraq 6,142 milyon manata, balans kapitalı isə 1,2% artaraq 9,657 milyon manata yüksəlib.

Ötən il “Xəzər-Lada”nın gəlirləri 22,122 milyon manat, xərcləri isə 21,872 milyon manat təşkil edib. Son nəticədə şirkətin vergiyəqədərki mənfəət 250 min manat olub ki, bunun da 50 min manatı mənfəət vergisinin ödənilməsinə yönəldilib. Bununla da, biznes strukturu 2019-ci ili 200 min manat xalis mənfəətlə başa vurub. Bu, 2018-ci ilə nisbətən 7,8% azdır.

Xatırladaq ki, "Xəzər-Lada" şirkəti 2014-cü ildə yaradılıb, Rusiyanın "Avto-VAZ" şirkətinin istehsal etdiyi avtomobillərin Azərbaycanda satışı ilə məşğuldur. Onun nizamnamə kapitalı 445,8 min manatdır. Şirkətin səhmlərinin 30%-i Aleksandr Nikiforova, 29,8%-i Lyudmila Nazarenkoya, 19,4%-i Fəxrəddin Qasımzadəyə ("Xəzər-Lada"nın hazırkı prezidenti), 12,2%-i Naməddin Qasımzadəyə, 8,6%-i 146 fiziki şəxsə məxsusdur.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
DÜNYA