axin.az

SON DƏQİQƏ

Azərbaycanda sənaye istehsalı 3% artıb

14-05-2020, 16:21

Azərbaycanda sənaye istehsalı 3% artıbBu ilin yanvar-aprel aylarında Azərbaycandakı sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar 13 milyard manatlıq və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 3% çox sənaye məhsulu istehsal edib.

"Axin.az" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, sənayenin qeyri neft-qaz sektorunda məhsul istehsalı 16,8% artıb.

Sənaye məhsulunun 63,1%-i mədənçıxarma sektorunda, 30,5%-i emal sektorunda, 5,6%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,8%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 0,2% azalıb, əmtəəlik qaz hasilatı isə 17,1% artıb.

Emal sektorunda avtomobil, qoşqu və yarımqoşquların istehsalı 4,7 dəfə, kompüter, elektron və optik məhsulların istehsalı 2,6 dəfə, metallurgiya sənayesi məhsullarının istehsalı 2,3 dəfə, əczaçılıq məhsullarının istehsalı 60,7%, ağacın emalı və ağacdan məmulatların istehsalı 48,6%, sair nəqliyyat vasitələrinin istehsalı 35,1%, kimya sənayesi məhsullarının istehsalı 24,9%, elektrik avadanlıqlarının istehsalı 20,6%, rezin və plastik kütlə məmulatlarının istehsalı 20%, kağız və karton istehsalı 19,3%, tütün məmulatlarının istehsalı 18,9%, içkilərin istehsalı 8,3%, qida məhsullarının istehsalı 8,1%, neft məhsullarının istehsalı 5,1%, hazır metal məmulatlarının istehsalı 4,4%, geyim istehsalı 3,6%, toxuculuq sənayesi məhsullarının istehsalı 1,2% artıb, mebel istehsalı 0,9%, poliqrafiya məhsullarının istehsalı 2,3%, tikinti materiallarının istehsalı 4,5%, maşın və avadanlıqların istehsalı 23,8%, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 36,3%, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 54,1% azalıb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 14%, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 2,5% artıb.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
DÜNYA