axin.az

SON DƏQİQƏ

Bu il ARDNF “Şahdəniz”dən 60 mln. ABŞ dollarınadək gəlir əldə edib

4-05-2020, 17:28

Bu il ARDNF “Şahdəniz”dən 60 mln. ABŞ dollarınadək gəlir əldə edib
Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağından hasil edilən qazın satışından Azərbaycan Dövlət Neft Fonduna (ARDNF) indiyədək 2,893 mlrd. ABŞ dolları daxil olub.

“Axin.az” bu barədə ARDNF-ə istinadən xəbər verir.

Bu ilin yanvar-aprel ayları ərzində ərzində ARDNF-ə daxil olan vəsaitin həcmi isə 59 mln. ABŞ dolları təşkil edib.

Qeyd edək ki, ARDNF-ə “Şahdəniz” yatağının işlənməsindən əldə olunan mənfəət qazının satışından vəsait 2007-ci ildən daxil olur. Bu yataqda hasil edilən qaz Azərbaycan, Gürcüstan və Türkiyəyə satılır.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
DÜNYA