axin.az

SON DƏQİQƏ

OPEC+ çərçivəsində AÇG-dən hasilatın azaldılma həcmi açıqlanıb

30-04-2020, 17:09

OPEC+ çərçivəsində AÇG-dən hasilatın azaldılma həcmi açıqlanıbAzərbaycanın hasilatının azaldılması ilə bağlı OPEC+ formatı çərçivəsində üzərinə götürdüyü öhdəliyin yerinə yetirilməsi üçün Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Dərinsulu Günəşli” yataqlarının gündəlik hasilatının may və iyun aylarında 76 min barel azaldılması nəzərdə tutulur.

“Axin.az” xəbər verir ki, bu barədə SOCAR-ın yaydığı məlumatda bildirilib.

Məlumata görə, sonrakı dövrdə yataqların əməliyyatçısı olan Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) hasilatı gündəlik 27 min barel, gələn ildən etibarən isə, əlavə olaraq, gündəlik 26 min barel artıra biləcək.

Beləliklə, 2021-ci ildə ABƏŞ üzrə hasilatın səviyyəsi gündəlik 487 min barel səviyyəsində proqnozlaşdırılır.

Qeyd edək ki, OPEC+ sazişi çərçivəsində Azərbaycan may və iyun aylarında gündəlik hasilatı 164 min barel azaltmaq öhdəliyi götürüb.

Xatırladaq ki, AÇG neft yatağı Xəzər dənizinin Azərbaycan sektorunda, Bakıdan, təxminən, 100 km şərqdə dənizdə yerləşir. AÇG yataqlar blokunun birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi haqqında (PSA) saziş 1994-cü il sentyabrın 20-də imzalanıb. 2017-ci il sentyabrın 14-də AÇG üzrə yenidən işlənmiş saziş imzalanıb. Bu saziş blokun 2049-cu ilin sonuna qədər işlənilməsini nəzərdə tutur.

AÇG-də BP (30,37 faiz), SOCAR (25,0 faiz), “MOL Group” (9,57%) INPEX (9,31 faiz), “Equinor” (7,27 faiz), “ExxonMobil” (6,79 faiz), TPAO (5,73 faiz), ITOCHU (3,65 faiz), “ONGC Videsh Limited” (OVL) (2,31 faiz) pay sahibidir.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
DÜNYA