axin.az

SON DƏQİQƏ

“Starbucks”da son 11 ildə ilk dəfə satışlar azalıb

29-04-2020, 19:26

“Starbucks”da son 11 ildə ilk dəfə satışlar azalıb“Starbucks” şirkəti koronavirus pandemiyası üzündən cari ilin ikinci rübündə müqayisəli satışlarının 10 faiz azaldığını bildirib.

“Axin.az” “Komersant”a istinadən xəbər verir ki, müqayisəli satış ötən ilin müvafiq dövrünə nisbətən şəbəkə genişlənməsi nəzərə alınmadan satışlardakı dəyişkənliyi əks etdirən göstəricidir.

Belə ki, şirkət 2009-cu ildən etibarən ilk dəfədir rüblük satışlarının azalması ilə üzləşir. Bunun əsas səbəbi ABŞ və Çin bazarlarında istehlakın azalmasıdır. “Starbrucks”un adıçəkilən ölkələrdəki satışları müvafiq olaraq 13 və 50 faiz azalıb.

İkinci rüb ərzində şirkətin gəlirləri ötən ilin müvafiq dövrünə nisbətən 5 faiz azalaraq 6 milyard ABŞ dolları, xalis mənfəəti 663,2 milyon ABŞ dollarından 328,4 milyon ABŞ dollarınadək azalıb. Eyni zamanda hesabat dövründə 255 yeni qəhvəxana açılaraq ümumi sayı 32 050-yə çatdırılsa da, qəhvəxanalarda alış-verişlərin sayı 13 faiz azalıb. ABŞ-dakı qəhvəxanaların yarısına qədəri çalışmır, qalanları isə yalnız sürücülərə xidmət göstərir və evlərə sifarişləri çatdırır.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
DÜNYA