Cari ilin birinci rübündə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən ölkədən 5,4 milyon tona yaxın xam neft ixrac edilib.
“axin.az” xəbər verir ki, bu barədə SOCAR-ın I rüb üzrə hesabatında qeyd edilib.
Hesabat dövründə 3,5 milyard kubmetr həcmində təbii qaz ixrac olunub.
Bu ilin I rübündə ixrac edilən xam neftin həcmi ötən ilin müvafiq dövründən 7% az, qaz ixracının həcmi isə 9% çoxdur.