axin.az

SON DƏQİQƏ

Memarlıq binalarının fasadlarında və damında reklam yerləşdirilməsinə icazə veriləcək

29-03-2020, 13:55

Memarlıq binalarının fasadlarında və damında reklam yerləşdirilməsinə icazə veriləcəkTarix və mədəniyyət abidələrinin ərazilərində, memarlıq binalarının fasadlarında (divarlarında, hasarlarında) və dam örtüklərində reklam qurğuları yerləşdirilə biləcək.

“Axin.az” xəbər verir ki, bununla bağlı “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” qanunun 1-ci maddəsinə (Tarix və mədəniyyət abidələrinin qorunması) dəyişiklik təklif edilir.

Qanunun 1-ci maddəsinin yeddinci hissəsinin yeni redaksiyasına görə, reklam qurğuları (reklam) tarix və mədəniyyət abidələrinin ərazilərində və onların mühafizə zonalarında, memarlıq abidələrinin (binalarının) fasadlarında (divarlarında, hasarlarında) və dam örtüklərində “Reklam haqqında” qanunda müəyyən edilmiş qaydada yerləşdirilə bilər.

Qanunun 1-ci maddəsinin yeddinci hissəsi isə hazırda belədir: Tarix və mədəniyyət abidələrinin ərazilərində və onların mühafizə zonasında, memarlıq abidələrinin (binalarının) dam hissəsində reklam daşıyıcıları “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) razılığı ilə yalnız reklam-informasiya təşkilatlarının nəzdindəki bədii şuraların rəyi əsasında və həmin binaların dayanıqlığına mənfi təsir göstərməmək şərti ilə yerləşdirilə bilər.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
DÜNYA