axin.az

SON DƏQİQƏ

Meksika neftinin qiyməti 13 dollara düşüb

28-03-2020, 19:15

Meksika neftinin qiyməti 13 dollara düşüb
Meksikanın ixrac etdiyi neftin 1 barelinin orta qiyməti 13,01 ABŞ dollarına düşüb.

"Axin.az" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ölkənin milli neft və neft-kimya şirkəti "Pemex" məlumat yayıb.

Bildirilib ki, kəskin ucuzlaşma koronavirus (COVID-19) infeksiyasının yayılması nəticəsində dünya neft bazarında yaranmış vəziyyət fonunda baş verib. Meksika nefti sonuncu dəfə belə aşağı qiymətə 2000-ci illərdə satılıb.

Xatırladaq ki, dünya bazarında neftin qiymətinin azalması bu il martın 6-da OPEC+ formatında razılığın əldə olunmamasından sonra başlayıb. Rusiya 2020-ci ilin II rübündən gündəlik neft hasilatının həcminin daha 1,5 milyon barel azaldılmasına dair təklifi dəstəkləməyib. Bundan sonra əmtəə birjalarında neft təxminən 30% ucuzlaşıb.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
DÜNYA