axin.az

SON DƏQİQƏ

Tokio fond birjasında indekslər yüksəldi

25-03-2020, 23:53

Tokio fond birjasında indekslər yüksəldiÇərşənbə günü Tokio fond birjasının əsas indeksləri Yaponiyadakı Olimpiadanın 2021-ci ilin yayına qədər təxirə salınmasına dair razılaşmalar fonunda 8%-dən çox artıb.

“Axin.az” TASS-a istinadən xəbər verir ki, bunu birjanın saytında yerləşdirilən ticarət sövdələşmələri göstərir.

Belə ki, ölkənin 225 aparıcı şirkətinin səhm qiymətlərindəki tərəddüdləri əks etdirən “Nikkei” indeksi 8,04% artaraq 19546,63 bənd səviyyəsinə yüksəlib. Birjanın elit birinci hissəsindəki bütün şirkətlərin səhmlərinin kursunu əks etdirən daha geniş TOPIX indeksi isə 6,87%, başqa sözlə 1424,62 bəndədək yüksəlib.

“Kyodo” agentliyi qeyd edir ki, Tokiodakı investorlar daha çox yerli biznes üçün sərfəli olan Olimpiya Oyunlarının təxirə salınması qərarından məmnun qalıblar.

Hərracda Yaponiya valyutası bir qədər zəifləyib ki, bu da yerli ixracatçılara faydalıdır. Hazırda 1 ABŞ dolları təqribən 111 yenə bərabərdir.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
DÜNYA