Fevralın 29-da “Buta Palace”da biznes sahəsində 2019-cu ilin yekunları üzrə “Business Time” jurnalı tərəfindən təşkil edilən “Azeri Business Award” Milli mükafatının təqdimetmə mərasimi keçirilib.
"Axin.az" xəbər verir ki, tədbirdə bir neçə ölkənin fövqəladə və səlahiyyətli səfirləri, müxtəlif dövlət qurumlarının, aparıcı şirkətlərin nümayəndələri, yüksək səviyyəli menecerlər, iqtisadiyyatın müxtəlif sahələrindən olan təmsilçilər, xarici qonaqlar və KİV nümayəndələri də daxil olmaqla 300 nəfər iştirak edib.
Tədbirə həmçinin Gürcüstanın Batumi şəhərinin meri Laşa Komaxidze başda olmaqla nümayəndə heyəti də qatılıb.
Laureatlar iqtisadiyyatın müxtəlif sahələrinin (tikinti materiallarının istehsalı, tibb, bankçılıq, kənd təsərrüfatı və s) nümayəndələri olublar.
“Ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafına verdiyi töhfəyə görə” əsas mükafata Özbəkistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Şerzod Fayziyev layiq görülüb.
Yuxarıda qeyd edildiyi kimi, qonaqlar arasında Fransa, Çexiya, Gürcüstan səfirləri də daxil olmaqla digər ölkələrin diplomatik nümayəndələri də iştirak edirdilər.
“Azeri Business Award” 2019 mükafatının tərəfdaşı “Autolux”, “Faberlic” və “Elite Group”, tədbirin dost şirkətləri isə "SmartFlame”, “iBroker”, “Grante”, “AzNar”, “Minabi” və “King Edward” idi.
"Buta Palace"da təşkil edilən mükafat mərasimindən əvvəl “Azeri Business Award” mükafatına laureat şirkətlərin mal və xidmətlərinin təqdimat mərasimi təşkil edilib.
Bundan başqa, "Azeri Business Award” mükafatının tərəfdaşı Autolux yeni Land Rover Discovery Sport avtomobilinin təqdimatını keçirib.
Qonaqlar və mükafatçılar canlı musiqi ifasından da məmnunluq hissi duyublar.
Tədbirin informasiya tərəfdaşları: Apa.az, Lent.az, Marja.az, News.az, Vesti.az, KaTV1, Report.az, SIA agentliyi, Urban.az və Navigator.az.