axin.az

SON DƏQİQƏ

Gəmidə koronavirusa yoluxanların sayı 621 nəfərə çatdı

19-02-2020, 17:44

Gəmidə koronavirusa yoluxanların sayı 621 nəfərə çatdıYaponiyanın İokohama şəhərinin limanında karantin üçün saxlanılan “Diamond Princess” gəzinti gəmisində daha 79 nəfərdə koronavirus aşkarlanıb.

“Axin.az” TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.

Beləliklə, gəmidə koronavirusa yoluxanların ümumi sayı 621 nəfərə çatıb. Gəmidəki 3 600-dan çox insandan indiyədək 3 011 nəfərin təhlil nümunələrinin götürüldüyü məlum olub.

Koronavirusun aşkarlanmadığı 500 nəfər gəmidən sahilə çıxarılıb.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Mart 2020    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
DÜNYA