Azərbaycanda zərgərlik sahəsində tənzimlənmə alətlərinə yenidən baxılmalıdır.
Axın.az xəbər verir ki, bunu “Azərbaycanda zərgərlik bazarının inkişaf perspektivləri: problemlər və imkanlar” mövzusunda sahibkarlarla görüşdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.
Onun sözlərinə görə, zərgərlik sahəsində bazar iştirakçıları ilə istehlakçılar arasında etimad mühitinin olduqca aşağı səviyyədə olması müşahidə edilir:
“Qiymətli metalların və daşların əyar göstəricisinin müəyyən edilməsi ilə bağlı nəzarətin mövcud olması müxtəlif xarakterli problemləri ortaya çıxır”.
O.Məmmədov qeyd edib ki, bu sahədə qiymətləndirmə təchizatlarının yaradılması və nəzarət tədbirlərinin gücləndirilməsi vacibdir.