axin.az

SON DƏQİQƏ

“Yüksəliş” müsabiqəsinin ilk onlayn imtahanı keçirilir

16-02-2020, 14:46

“Yüksəliş” müsabiqəsinin ilk onlayn imtahanı keçirilir“Yüksəliş” müsabiqəsi onlayn mərhələnin ümumi biliklər üzrə əsas və ilk imtahanına başlayıb.

İmtahan saat 11:00 və 15:00 olmaqla iki növbədə təşkil edilib. Bu imtahana qatılmayan namizədlər növbəti mərhələyə buraxılmayacaq.

İmtahan tarix, coğrafiya, ədəbiyyat və mədəniyyət, hüquq və iqtisadiyyat olmaqla 4 blok üzrə aparılır. 84 sual üçün 2 saat vaxt ayrılıb. Hər fənn üzrə 21 sual təqdim olunur. İmtahan müddəti 2 saatdır. Hər sual üçün çətinliyindən asılı olaraq 30-90 saniyə vaxt ayrılıb. Test blokları arasında 10 dəqiqəlik fasilə olacaq. Bu fasilədən istifadə etmək iştirakçıların ixtiyarındadır. Sayta Firefox, Safari və Chrome brauzerlərdən biri vasitəsilə daxil olmaq mümkündür. Həmin müddət ərzində internet bağlantısının minimal sürəti 100 Kbit/san olmalıdır.

Layihənin İşçi qrupu tərəfindən namizədlərin suallarını dərhal cavablandırmaq və bütün mümkün texniki çatışmazlıqları aradan qaldırmaq məqsədilə Çağrı Mərkəzi (tel: 1820) yaradılıb. Həmçinin layihənin sosial şəbəkələrdəki səhifələrinə, elektron poçtuna ünvanlanan müraciətlər əsasında iştirakçılara dəstək göstəriləcək.

Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 26 iyul 2019-cu ildə imzaladığı sərəncamla intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
DÜNYA