Bu il fevral 8-də keçirilən “5/36” lotereyasının 2 958-ci tirajında 63 922 manata yüksəlmiş "Cek Pot" pul mükafatı udulub.
“Axin.az” bu barədə İqtisadiyyat Nazirliyinə məxsus “Azerlotoreya” ASC-yə istinadən xəbər verir.
Məlumata görə, "Cek Pot"u “Topaz” satış məntəqəsindən əldə edilmiş biletin sahibi qazanıb.