axin.az

SON DƏQİQƏ

Azərbaycan BOKT-ları ötən il 15 milyon manata yaxın xalis mənfəət əldə edib

7-02-2020, 16:15

Azərbaycan BOKT-ları ötən il 15 milyon manata yaxın xalis mənfəət əldə edibAzərbaycandakı bank olmayan kredit təşkilatları (BOKT) ötən ili 14,8 milyon manat xalis mənfəətlə başa vurub.

“Axin.az" bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, il ərzində BOKT-ların əməliyyat gəlirləri 68,2 milyon manat, əməliyyat xərcləri 52,1 milyon manat, xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti 0,4 milyon manat, gözlənilməz gəlirləri 1 milyon manat, mənfəət vergisi ödəmələri isə 2,7 milyon manat təşkil edib.

Bu il yanvarın 1-nə BOKT-ların aktivləri 342,6 milyon manat olub ki, bunun da 238,4 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Ötən ilin sonuna BOKT-lar 201,4 milyon manat öhdəliklərə, 141,2 milyon manat balans kapitalına malik olub.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Mart 2020    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
DÜNYA