FİFA dərəcəli referimiz Əliyar Ağayevin idarə etdiyi Yunanıstan Superliqasının 22-ci turunun “Panatinaikos” - PAOK matçı meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Axin.az xəbər verir ki, Ağayev görüşdə bir penalti və iki sarı vərəqə göstərib. O, qarşılaşmanın 49-cu dəqiqəsində PAOK-un qapısına penalti təyin edib. Bununla yanaşı, Əliyar Ağayev matçın 58-ci dəqiqəsində PAOK-un oyunçusu Dmitri Limniosa və ev sahibi komandanın üzvü Antos Pounqorasa sarı vərəqə göstərib.