"Qalatasaray" Stiven Nzonzi ilə yolları ayırıb.
Axin.Az "NTV Spor"a istinadən xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçinin icarə müqaviləsinə xitam verilib.
Fransalı futbolçunun artıq Parisə yollandığı bildirilir. Onun "Renn"lə müqavilə bağlayacağı gözlənilir.
Qeyd edək ki, "Qalatasaray"ın "Roma"dan icarəyə götürdüyü Nzonzi İstanbul klubunun heyətində 15 rəsmi oyuna çıxıb və qol ötürməsi verib.