axin.az

SON DƏQİQƏ

Mirabdulla və Anton komanda ilə məşqlərə qoşuldu

23-01-2020, 19:10

Mirabdulla və Anton komanda ilə məşqlərə qoşuldu“Neftçi” təlim-məşq toplanışının ikinci mərhələsini Antalyada davam etdirir.

Axin.az klubun saytına istinadən xəbər verir ki, “ağ-qaralar” bu gün iki məşqə çıxıb. Mirabdulla Abbasov və Anton Krivotsyuk da komanda ilə məşqlərə qoşulub. Səhər məşqi əsasən fiziki gücün artırılmasına hesablanmış tapşırıqlardan ibarət olub. Axşam məşqi isə toplu çalışmalarla başlayaraq, ikitərəfli oyunla başa çatıb.

Qeyd edək ki, bununla da qardaş ölkədəki məşqləri yekunlaşdıran “Neftçi” sabah sonuncu sınaq matçına çıxacaq. Bakı vaxtı ilə saat 18:00-da “Emir Hotels Spor Kompleksi”ndə Ukraynanın “Desna” klubu ilə qarşılaşacaq komandanın üzvləri yanvarın 25-i Bakıya qayıdacaq.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Fevral 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
242526272829 
DÜNYA