"Baniyas"ın (BƏƏ) baş məşqçisi Vinfrid Şefer yeni transfer Riçard Almeyda haqda danışıb.
Axin.az xəbər verir ki, klubun rəsmi saytına danışan almaniyalı mütəxəssis braziliyalı yarımmüdafiəçinin komanda üçün dəyərli əlavə olduğunu bildirib:
"Almeydanın böyük təcrübəsi var və biz də yeni oyunçudan məhz bunu istəyirdik. O, Azərbaycan yığmasının aparıcı oyunçusu, meydanda əsl liderdir" - deyə Şefer qeyd edib.
Xatırladaq ki, 2012-ci ilin iyunundan “Qarabağ”da çıxış edən millimizin üzvü 2018-ci ilin yayında “Astana”ya keçib. 2019-cu ilin yanvarında isə Ağdam təmsilçisi onu 1 illik icarəyə götürüb.