"Səbail" futbol klubu heyətinə yeni futbolçu cəlb edib.
"Axin.az"-in klubun "Facebook" səhifəsinə istinadən məlumatına görə, bu, cənubi afrikalı yarımmüdafiəçi Hendrik Ekşteyndir.
29 yaşlı oyunçu mövsümün ilk yarısında "Sabah"ın formasını geyinib.
Onunla müqavilə qış fasiləsi zamanı pozulub.