axin.az

SON DƏQİQƏ

20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunan ənənəvi beynəlxalq karate turniri başa çatıb

20-01-2020, 15:19

20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunan ənənəvi beynəlxalq karate turniri başa çatıbAzərbaycan Milli Karate Federasiyası (AMKF) və “Arpaçay” karate klubunun birgə təşkilatçılığı ilə Bakı İdman Sarayında 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunan ənənəvi beynəlxalq turnir başa çatıb.

Azərbaycan Milli Karate Federasiyasının Media və İctimaiyyətlə işlər üzrə katibi Sənan Məhərrəmovun "Axin.az"a verdiyi məlumata görə, uşaq, yeniyetmə və gənclər arasında təşkil edilən sayca beşinci açıq turnirdə 12 ölkə, o cümlədən İran, Rusiya, Türkmənistan, Gürcüstan, Ukrayna, Qazaxıstan, Özbəkistan, Küveyt, Türkiyə, Mərakeş, Oman və Azərbaycanı təmsil edən 89 klubun tərkibində 939 idmançı və 50 komanda mübarizə aparıb.

Turnirin birinci günü bütün yaş qruplarında kata yarışları, ertəsi gün 6-11 yaşlı uşaqlar, bazar günü isə 12-17 yaşlı yeniyetmə və gənclər çıxış ediblər. Yekun nəticəyə əsasən "Qara Qaplan" klubu 20 qızıl, 13 gümüş və 25 bürünc medalla birinci yerə çıxıb. 12 qızıl, 9 gümüş və 12 bürünc medal qazanan "Arpaçay" klubu ikinci pilləni, 7 qızıl, 4 gümüş və 15 bürünc mükafata sahib olan "Pashayev" (Ukrayna) klubu isə üçüncü sıranı tutub. Yarışı milli hakimlərlə birgə, 5 ölkədən 22 beynəlxalq hakim idarə edib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
DÜNYA