axin.az

SON DƏQİQƏ

Ernesto Valverde "Barselona"dan təzminatın hamısını almayacaq

16-01-2020, 18:30

Ernesto Valverde "Barselona"dan təzminatın hamısını almayacaqİspaniyanın "Barselona" klubunun sabiq baş məşqçisi Ernesto Valverde qovulmasına görə Kataloniya təmsilçisindən alacağı təzminatın hamısını götürməyəcək.

"Axin.az"ın "Mundo Derpotivo"ya istinadən verdiyi məlumata görə, ispaniyalı mütəxəssisin klub rəhbərliyi ilə münasibətləri korlamamaq naminə belə addım atdığı bildirilir.

Valverde ilə rəhbərlik arasında baş tutan görüş zamanı təzminatın hamısının ona veriləcəyi ilə bağlı razılıq əldə olunub. Lakin 55 yaşlı mütəxəssis rəhbərliklə münasibətləri yaxşı səviyyədə saxlamaq üçün təzminatın hamısının deyil, bir qismini götürəcəyini açıqlayıb.

Qeyd edək ki, 2017-ci ildə "Barselona"nın baş məşqçi vəzifəsinə gətirilən Valverde klubla 2 dəfə La Liqa çempionu, bir dəfə isə İspaniya kuboku və superkubokunu qazanıb.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
DÜNYA