axin.az

SON DƏQİQƏ

Arda Turandan gözlənilməz seçim

15-01-2020, 16:54

Arda Turandan gözlənilməz seçim“Başakşehir” klubundan ayrılan Arda Turan karyerasını Braziliyada davam etdirə bilər.

“Haber Global”ın məlumatına görə, Braziliyanın “Globo” nəşri Arda Turanın “Flamengo” və “Palmeiras” klublarına təklif edildiyini yazıb.

Arda Turanın meneceri Əhməd Buluta Braziliyadan klub tapılmasını tapşırdığı və bundan sonra sözügedən klublarla transfer danışıqlarının başlayacağı qeyd edilib. Futbolçu özü də Braziliyada oynamaqda maraqlıdır və “Atletico”dan komanda yoldaşı olan Felipe Luisdən bununla bağlı məsləhət alıb.

Qeyd edək ki, Felipe Luis hazırda “Flamengo”da karyerasını davam etdirir.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
DÜNYA