Millimizin futbolçusu Dmitri Nazarovun şərəfini qoruduğu Almaniya 2-ci Bundesliqası təmsilçisi “Erzgebirge”nun İspaniyada təlim-məşq toplanışı çərçivəsində iki rəqibi müəyyənləşib.
Axin.az Almaniya mətbuatına istinadən xəbər verir ki, Aue klubu Almaniya 3-cü Bundesliqa təmsilçiləri "Maqdeburq" (10 yanvar), "Unterxaxinq"la (14 yanvar) qarşılaşacaq.
“Erzgebirge” ölkəyə qayıtdıqdan sonra daha 2 yoxlama görüşü keçirməyi planlaşdırır.