"Mançester Yunayted" Paul Poqbanın transfer qiymətini müəyyənləşdirib.
Axin.Az xəbər verir ki, İngiltərə klubu fransalı ulduzu heyətinə qatmaq istəyən klublardan 150 milyon avro tələb edir.
Poqba bir müddətdi komandadan ayrılmaq istəyir. Ötən yay "Real"ın heyətinə qatmaq istədiyi futbolçunu klubu buraxmamışdı. İndi isə o, heyətə düşə bilmir. Belə ki, 26 yaşlı yarımmüdafiəçi cari mövsümdə cəmi 8 rəsmi oyunda meydana çıxaraq 2 məhsuldar ötürmə edib.
Qeyd edək ki, Poqba 2016-cı ilin yayında "Yuventus"dan "Mançester Yunayted"ə həmin dövr üçün rekord məbləğə - 105 milyon avroya transfer olunub. Onun klubu ilə 2021-ci ilin yayınadək müqaviləsi var.