16:00 - Ekstrasenslər məşhur reperin ölüm səbəbini açıqladılar
15:45 - Qusarda daha üç nəfər zəhərləndi
15:29 - ZELENSKİ NİYƏ BİRİNCİ AZƏRBAYCANI SEÇDİ? - Üç səbəb
15:28 - Erməni patriarxı “soyqırım” qərarına qarşı - “Bizim bu ölkə ilə ümumi tariximiz var...”
15:26 - “İRANDAKI REJİMİN DEVRİLMƏSİ MÜMKÜN” – “Bu işlər görülməsə böhranın qarşısını almaq olmaz...”
15:20 - "Leş ət" satanlarla əlbir olan həkim kassasiya şikayəti verib
15:11 - Azərbaycan Dövlət Reklam Agentliyi ötən il 2 milyon manatdan çox xalis mənfəət əldə edib
15:06 - Məsud Özil Çin hökumətinin qəzəbinə tuş gəldi
15:05 - Bakıda beynəlxalq toplantı – Sədrlik Milli Məclisə keçəcək
15:00 - “Şəxsiyyətini itirir” - Opera sənətçiləri arasında qalmaqal
14:59 - Bacısının azyaşlı qızına təcavüz edən şəxslə bağlı - YENİ QƏRAR
14:49 - Nazpəri Dostəliyeva nəvələri ilə - Fotolar
14:40 - İbrahimoviçlə danışıqlara başladılar - RƏSMİ
14:39 - Azərbaycan çempionundan növbəti uğur - VİDEO
14:37 - Rusiyanın baş qatili prokurorun qətl sifarişini pulsuz yerinə yetirib
11 cüdoçumuz Çində “Yaxşıların Ən Yaxşısı” olmağa çalışacaq - VİDEO
Azərbaycanın cüdo üzrə həm kişilərdən, həm də qadınlardan ibarət milli komandasının 17 üzvü hazırda Yaponiyada təlim-məşq toplanışındadır.
Axin.az xəbər verir ki, idmançılarımız baş məşqçilər Ruslan Maşurenko, Rəşad Məmmədov və məşqçi Elxan Məmmədovun rəhbərliyi altında gündə iki dəfə məşq edərək, gələcək beynəlxalq yarışlara hazırlaşırlar.
Tokio toplanışında Kəramət Hüseynov, Oruc Vəlizadə, İbrahim Əliyev, Orxan Səfərov, Nicat Şıxəlizadə, Rüstəm Orucov, Hidayət Heydərov, Murad Fətiyev, Məmmədəli Mehdiyev, Elmar Qasımov, Zelim Kotsoyev, Uşanqi Kokauri, İçinxorlu Munxtsedev, Aişə Qurbanlı, Leyla Əliyeva, Aleksandra-Larisa Florian və Gültac Məmmədəliyeva iştirak edir.
Qeyd edək ki, cüdoçularımızın bu il üçün ən ciddi son sınağı dekabrın 12-dən 15-dək Çinin Çintau şəhərində keçiriləcək nüfuzlu “Masters” yarışı olacaq. Dünyanın ən güclü cüdoçularının qatılacağı beynəlxalq turnir Tokio-2020 Olimpiadasına lisenziya xarakteri daşıyacaq.
Bu yarışda Olimpiadaya düşmək ehtimalı yüksək olan 11 idmançımız mübarizə aparacaq. Həmin idmançılar bunlardır: Nicat Şıxəlizadə, Orxan Səfərov (hər ikisi -66 kq), Rüstəm Orucov, Hidayət Heydərov (hər ikisi -73 kq), Məmmədəli Mehdiyev (-90 kq), Elmar Qasımov, Zelim Kotsoyev (hər ikisi -100 kq), Uşanqi Kokauri (+100 kq), Leyla Əliyeva, Aişə Qurbanlı (hər ikisi -48 kq) və İrina Kindzerskaya (+78 kq).