axin.az

SON DƏQİQƏ

"Tottenhem" yeni transferini belə təqdim etdi

17-10-2020, 10:28

"Tottenhem" yeni transferini belə təqdim etdiİngiltərə "Tottenhem"i "Suonsi Siti" klubunun və Uels yığmasının futbolçusu Co Rodonu transfer edib.

"Axin.az"in məlumatına görə, 22 yaşlı müdafiəçi ilə 2025-ci ilədək müqavilə bağlanılıb. Rodon yeni komandasında 14 nömrəli formada çıxış edəcək. Müqavilə məbləğinin 11 milyon, bonusların isə 4 milyon funt sterlinq təşkil edəcəyi bildirilir.

Klub bu keçidi daha bir uelsli oyunçusu Qaret Beylin iştirakı ilə çəkilmiş videoçarx formasında anons edib. Videoda Rodon maşınla bazaya gəlir, resepşndə oturan Beyl isə zarafatca deyir: "Onu geri göndərin".

Qeyd edək ki, Qaret Beyl də Uels millisində forma geyinir.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2020    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
DÜNYA