axin.az

SON DƏQİQƏ

"Neftçi" ilə müqavilə bağlayan albaniyalı futbolçu əsgər salamı verdi

16-10-2020, 10:59

"Neftçi" ilə müqavilə bağlayan albaniyalı futbolçu əsgər salamı verdi"Neftçi” klubu növbəti futbolçu transferini rəsmiləşdirib.

"Axin.az" klubun rəsmi saytına istinadən məlumatına görə, albaniyalı dayaq yarımmüdafiəçisi Bruno Teluşi ilə mövsümün sonunadək müqavilə bağlanıb. 29 yaşlı futbolçu 17 nömrəli formanı geyinəcək.

Müqaviləyə imza atdıqdan sonra o, Azərbaycan Ordusuna dəstək olaraq, əsgər salamı verib.

Qeyd edək ki, Bruno Teluşi İtaliyanın "Virtus Entella” (2007-2011), Albaniyanın "Flamurtari” (2011-2017), "Partizani” (2018-2020), "Kukesi” (2020) və Xorvatiyanın "Slaven Belupo” (2017) klublarında çıxış edib, Albaniya kubokunun (2014), çempionatının (2019) və Super Kubokunun (2020) qalibi olub. Teluşi Albaniyanın U-17 (2006-2007) və U-21 (2011-2012) milli komandasının da şərəfini qoruyub.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2020    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
DÜNYA