"Real" futbolçusu Borxa Mayoralı icarəyə verib.
Axin.az klubun saytına istinadən xəbər verir ki, 23 yaşlı hücumçu 2022-ci ilin iyununa kimi icarə əsasında "Roma"da çıxış edəcək.
Qeyd edək ki, Mayoral Madrid təmsilçisinin yetirməsidir. O, ötən mövsüm icarə əsasında "Levante"də oynayıb.