UEFA Avropa Liqasının pley-off mərhələsinində Ermənistanın "Ararat Armenia" və Serbiyanın "Srvena Zvezda" komandaları arasında keçiriləcək oyunla bağlı yeni qərar qəbul edib.
Axin.az xəbər verir ki, bu barədə qurumun saytı məlumat yayıb. Qərara görə, qarşılaşmanın yeri dəyişdirilib və oyun oktyabrın 1-də Kiprin paytaxtı Nikosiyadakı GSP stadionunda təşkil olunacaq.
Sözügedən matç Bakı vaxtı ilə 21:00-da başlayacaq.
Qeyd edək ki, Serbiya klubu Ermənistanın səfərbərlik elan etməsinə görə İrəvana getməkdən imtina etmişdi. Ona görə də klub 1 oktyabrda oynanılacaq matçın Belqradda keçirilməsi üçün UEFA-ya müraciət etmişdi.