axin.az

SON DƏQİQƏ

“Qalatasaray” Bakı səfəri öncəsi “Sportinq”in futbolçusunu transfer edir

14-09-2020, 11:25

“Qalatasaray” Bakı səfəri öncəsi “Sportinq”in futbolçusunu transfer edir“Neftçi”nin UEFA Avropa Liqasındakı rəqibi olan “Qalatasaray” Portuqaliyanın “Sportinq” klubundan İdrissa Dumbianı transfer etməyə yaxındır.

Türkiyənin “Sabah” nəşrinin xəbərinə görə, maaşında 40% tutulma olan Fil Dişi Sahilindən olan dayaq yarımmüdafiəçisi Almaniyanın “Borusiya” (Mönxenqladbax), “Verder”, Belçikanın “Anderlext” və “Brüqe” klublarından da təklif alıb.

Lakin müsəlman futbolçunun ilk seçimi “Qalatasaray” olub. İngiltənin “Votford” və “Sauthempton” klublarından gələn təklifi çalışma izni problemi üzündən dəyərləndirə bilməyən Dumbiya “Qalatasaray”da icarə əsasında çıxış edəcək.

Lakin bunun üçün “Qalatasaray”ın heyətindəki əcnəbi limitini düzəltməsi lazımdır. İstanbul klubu ona görə də hollandiyalı Rayan Babel və fransalı Yunis Belhandanı satmağa, nigeriyalılar – Valentin Ozornvafor və Cesi Sekidikanı icarəyə verməyə çalışır.

İdrissa Dumbianın 2024-cü ilədək “Sportinq”lə müqaviləsi var.

Qeyd edək ki, UEFA Avropa Liqasının II təsnifat mərhələsi üçün “Neftçi” ilə qarşılaşmaq üçün sentyabrın 16-da Bakıya gələcək “Qalatasaray”ın Azərbaycan səfəri öncəsi bu transferi həyata keçirəcəyi gözlənilir.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Sentyabr 2020    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
DÜNYA