“Çelsi” hücumçusu Mişi Batşuayi ilə müqaviləni yeniləyib.
Axin.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Belçika millisinin üzvü ilə yeni sözləşmənin müddəti 2022-ci ilin yayına qədərdir.
Müqavilənin ardından 26 yaşlı forvard “Kristal Palas”a icarəyə verilib.
Qeyd edək ki, 2016-cı ildən “Çelsi”də çıxış edən Batşuayi 2018-2019 mövsümünün ikinci yarısında da “Kristal Palas”da icarə əsasında oynayıb.