Almaniyanın "Bavariya" klubu tarixində 6-cı dəfə UEFA Çempionlar Liqasının qalibi olub.
"Axin.az"ın məlumatına görə, Münhen təmsilçisi 11-ci dəfə çıxdığı həlledici qarşılaşmada Fransa PSJ-sini məğlubiyyətə uğradıb - 1:0. Portuqaliyanın paytaxtı Lissabondakı "Da Luş" stadionunda keçirilmiş görüşdə yeganə qolu 59-cu dəqiqədə Kinqsli Koman vurub. Fransalı yarımmüdafiəçi yetirməsi olduğu klubu məyus edib.
Bununla da Hans-Diter Flikin baş məşqçi olduğu kollektiv 7 ildən sonra Avropanın ən nüfuzlu klub turnirinin baş mükafatına yiyələnib.
Qeyd edək ki, "Bavariya" daha əvvəl 1974, 1975, 1976, 2001 və 2013-cü illərdə Çempionlar Liqasını qazanıb.