PSJ futbolçusu Levin Kurzava yeni müqavilə imzalayıb.
Axin.az klubun saytına istinadən xəbər verir ki, 27 yaşlı müdafiəçi ilə müqavilənin müddəti 2024-cü ilin iyununa kimi uzadılıb.
Qeyd edək ki, Kurzava koronavirus səbəbindən vaxtından əvvəl başa çatdırılan Fransa çempionatında 14 matçda 1 qol vurub, eyni sayda qolun ötürməsini verib.