"Real"ın futbolçusu Qaret Beyl zədələnib.
Axin.az "Marca"ya istinadən xəbər verir ki, o, La Liqanın 28-ci turunda "Eybar"la matçda (3:1) əzələsindən problem yaşayıb.
Bu səbəbdən uelsli hücumçu bu gün komanda ilə məşq etməyib, fərdi qaydada çalışıb. Ancaq onun zədəsinin ciddi olmadığı və sabahkı məşqlərə kimi hazır olacağı gözlənilir.