axin.az

SON DƏQİQƏ

ÇL tarixinin reytinqi açıqlandı – Azərbaycandan 7 klub

6-06-2020, 13:29

ÇL tarixinin reytinqi açıqlandı – Azərbaycandan 7 klubUEFA 1955-2020-ci illər arasında əvvəllər adı Çempionlar kuboku, 1992/1993 ildən isə Çempionlar Liqası adlanan yarışın bütün tarixi boyu orada oyun keçirən klubların reytinqini açıqlayıb.

Axin.az xəbər verir ki, bu zaman komandaların həm qrup, həm də təsnifat mərhələlərindəki iştirakı əsas götürülüb.

Siyahıya 438 matç və 600 xalla “Real” Madrid başçılıq edir. “Bavariya” ikinci (348 oyun, 476 xal), “Barselona” üçüncü (317 oyun, 447 xal) yeri tutur.

Azərbaycandan siyahıda yeddi komanda yer alıb. Ən yaxşı göstərici ilk yüzlüyə daxil olan “Qarabağ”a məxsusdur. Qurban Qurbanovun komandası turnirdə 36 matç keçirib. Ağdam klubu göstərdiyi ümumi nəticələrlə 41 xal toplayıb və 84-cü yeri tutur.

“Neftçi” 169-cu (15 xal), “Bakı” 269-cu (6 xal), “İnter” (indiki “Keşlə”) 294-cü (5 xal), “Şəmkir” 396-cı (2 xal), “Kəpəz” 397-ci (2 xal), “Xəzər Lənkəran” 424-cü (1 xal) pilləni tutur.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
DÜNYA