Bu gün üç aylıq fasilədən sonra futbol üzrə Yunanıstan çempionatı bərpa olunsa da, artıq bir oyun təxirə salınıb.
Axin.az xəbər verir ki, buna koronavirusa yoluxma hallarının artması səbəb olub.
İyunun 6-da “Ksanti” və “Atromitos” komandaları arasında liqadan düşməmək üçün oynanılacaq görüşün vaxtı dəyişdirilib və oyun sabaha təxirə salınıb.
Buna səbəb 50 min sakinin yaşadığı Ksanti bölgəsində son sutka ərzində yeddi koronavirusa yoluxma halının aşkarlanmasıdır.