axin.az

SON DƏQİQƏ

Avropa ölkəsində "Formula 1" 2027-ci ilə qədər keçiriləcək

6-06-2020, 10:15

Avropa ölkəsində "Formula 1" 2027-ci ilə qədər keçiriləcəkMacarıstan Qran-prisi ən az 2027-ci ilə qədər "Formula 1" təqvimində qalacaq.

Axın.az AP nəşrinə istinadən xəbər verir ki, Macarıstan tərəfi yarış rəhbərliyi ilə müqavilənin müddətini daha bir il uzadıb.

Əvvəlki razılaşma 2026-cı ilə qədər qüvvədə idi.

Qeyd edək ki, bu il Macarıstan Qran-prisi təqvimə əlavə edilib və azarkeşsiz keçiriləcək. Ölkədə ilk "Formula 1" yarışı 1986-cı ildə baş tutub. Daha əvvəl "Formula 1" rəhbərliyi Azərbaycanla yanaşı, Bəhreyn, Vyetnam, Çin, İspaniya və Kanada Qran-prilərini təxirə salıb, Avstraliya, Monako, Niderland və Fransa mərhələləri isə ləğv olunub. Bakıdakı yarış 5 - 7 iyunda keçirilməli idi.

2019-cu ildə Azərbaycan Qran-prisinin keçirilmə müddəti 2023-cü ilədək uzadılıb.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
DÜNYA