axin.az

SON DƏQİQƏ

"Benfika" azarkeşləri avtobusdan sonra futbolçuların evinə hücum etdi

5-06-2020, 21:58

"Benfika" azarkeşləri avtobusdan sonra futbolçuların evinə hücum etdi
Portuqaliyanın "Benfika" klubunun azarkeşləri komandanın avtobusuna hücumdan bir neçə saat sonra futbolçuların evlərini hədəf alıblar.

"axin.az" "Tribuna Expresso" nəşrinə istinadən xəbər verir ki, fanatlar sprey qutularını oyunçuların evlərinə atıb.

Xüsusən də Portuqaliya millisinin futbolçusu Pizziyə məxsus mənzilə ciddi ziyan dəyib.

Qeyd edək ki, azarkeşlərin avtobusa hücumu nəticəsində şüşə qırıntıları yarımmüdafiəçi Yulian Vayql və vinger Andriya Jivkoviçin üzünü zədələyib. Onlar ehtiyat tədbiri kimi xəstəxanaya çatdırılıblar.

Portuqaliya Premyerası iyunun 3-də start götürüb. Hazırda "Benfika" və "Portu" hərəyə 60 xalla liderdir.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
DÜNYA