axin.az

SON DƏQİQƏ

"Formula 1" Almaniya Qran-prisini təqvimə əlavə edə bilər

23-05-2020, 14:37

"Formula 1" Almaniya Qran-prisini təqvimə əlavə edə bilər"Formula 1" rəhbərliyi 2020 mövsümünün təqvimində yeni dəyişikliklər edə bilər.

"Axin.az" "Sky Sports"a istinadən xəbər verir ki, buna Britaniya Qran-prisinin ləğv olunma ehtimalı səbəb olub. Təqvimə Almaniyanın Hokkenhaym şəhərindəki yarışın əlavə olunma ehtimalı var.

Yarış rəhbərliyi artıq Almaniya Qran-prisinin təşkilatçıları ilə danışıqlara başlayıb.

Qeyd edək ki, daha əvvəl "Formula 1" rəhbərliyi koronavirusa görə Azərbaycanla, Bəhreyn, Vyetnam, Çin, Niderland, İspaniya və Kanada Qran-prilərini təxirə salıb, Avstraliya, Monako və Fransa mərhələləri isə ləğv olunub. Azərbaycan Qran-prisi 5 - 7 iyunda keçirilməli idi.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
DÜNYA