axin.az

SON DƏQİQƏ

FIFA azərbaycanlı hakimləri kursa dəvət etdi

22-05-2020, 21:30

FIFA azərbaycanlı hakimləri kursa dəvət etdiFIFA koronavirusla bağlı məhdudiyyətlərə görə 211 milli assosiasiyaya onlayn hakimlik kursları təklif edib.

Axin.az-in qitə futbol qurumunun rəsmi saytına istinadən məlumatına görə, kurslar FIFA Hakimlər Komitəsinin sədri Pyerluici Kollina və Hakimlər Departamentinin rəhbəri Massimo Buzakkanın iştirakı ilə keçiriləcək.

Hər sessiyada 10 - 30 nəfərin qatılacağı kurslara videotəqdimatlar, onlayn sorğular və sual-cavablar daxildir. Kursların mövzuları oyun qaydaları, videotəkrar (VAR) sistemi əllə oyun, cərimə meydançasındakı hadisələr, taktiki qayda pozuntuları və oyundankənar vəziyyətlər olacaq.

Qeyd edək ki, bir çox ölkədə futbol mövsümü koronavirus pandemiyası səbəbindən dayandırılıb.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
DÜNYA